Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:11

«Crystal Hall» yalnız «Eurovision» müsabiqəsi üçün inşa olunub


Crystal Hall
Crystal Hall
«Biz idman infrastrukturuna çoxlu vəsait yatırırıq. Ən iri idman və ya konsert zalı –
«Crystal Hall» yalnız «Eurovision» mahnı müsabiqəsi üçün inşa olunmuşdur. Bizim çox az vaxtımız var idi və beləliklə o, 9 aya tamamlandı. Bu, 17 mindən 20 minədək tutumu olan gözəl idman sarayıdır. Biz stadionlarımızı da müasirləşdiririk. Son on il ərzində Azərbaycanda 34 Olimpiya İdman Kompleksi inşa olunub ki, bu da bizim komandamızın London Olimpiadasında uğurlu çıxışının səbəblərindən biridir».

Bunu prezident İlham Əliyev sentyabrın 19-da Parisdə Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan iş adamları ilə görüşündə bildirib.

İlham Əliyev deyib ki, «hazırda biz Qafqaz dağlarında yeni dağ-xizək istirahət kompleksinin tikintisinin son mərhələsindəyik. Bu da dövlət sərmayələrinin hesabına reallaşır. Çox güman ki, bu mövsümdə kompleks xizək həvəskarları üçün açılacaqdır. Bu, ən gözəl və ən rahat dağ-xizək istirahət komplekslərindən biri olacaqdır».

Prezident hazırda 60-80 min arasında tamaşaçı tutumu olan Olimpiya stadionunun inşasının planlaşdırıldığını, tezliklə tikintiyə başlanacağını da deyib.
XS
SM
MD
LG