Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:15

Freedom House: “Azərbaycan interneti “xüsusilə zəif” olan ölkədir”


Freedom House bildirir ki, internetə təzyiqlər genişlənir.

ABŞ-da yerləşən Freedom House hüquq müdafiə təşkilatının açıqlamasına görə, dünyanın hər yerində hökumətlər İnternet azadlığına basqıları gücləndirirlər.

Təşkilatın "İnternet azadlığı 2012" adlı hesabatı ötən ili və bu ilin birinci yarısını əhatə edir.

Hesabatda deyilir ki, tədqiq olunan 47 ölkənin 14-də hökumət lehinə muzdlu şərhçilər müşahidə olunub və kiberhücum geniş yayılıb.

Freedom House internet azadlığına qanuni məhdudiyyətlərə, internetdəki tənqidçilərə qarşı fiziki hücumların genişlənməsinə də diqqət çəkir.

Hesabatda Belarus və Özbəkistan "azad olmayan" ölkə kimi qiymətləndirilib, İran, Kuba və Çində də internet azadlığı aşağı səviyyədə dəyərləndirilib. Azərbaycan, Pakistan və Rusiya "xüsusilə zəif" ölkə kimi təqdim olunub.

İnterneti ən azad olan ölkə isə Estoniyadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG