Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:10

Azərbaycan növbəti oyununu Nigeriyaya qarşı keçirəcək


Azərbaycan FİFA U-17 Qadınlar arasında Dünya Çempionatında növbəti oyununu Nigeriyaya qarşı keçirəcək. Oyun sentyabrın 25-də Lənkəran şəhər mərkəzi stadionunda 17:00-da baş tutacaq.

A qrupunun digər matçı isə Kolumbiya və Kanada komandaları arasında olacaq. Oyun 14:00-da «Şəfa» stadionunda keçiriləcək.

Sentyabrın 25-də həmçinin B qrupunda çıxış edən Fransa-KXDR və ABŞ-Qambiya komandaları da qarşı-qarşıya gələcək. Oyunlar 14:00 və 17:00-da «Şəfa» stadionunda baş tutacaq.

Sentyabrın 23-də baş tutmuş oyunlarda isə nəticələr aşağıdakı kimi olub:

C qrupu
Meksika 1-0 Yeni Zellandiya
Braziliya 0-5 Yaponiya

D qrupu
Uruqvay 0-4 Çin
Qana 1-2 Almaniya
XS
SM
MD
LG