Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:59

Suriyanın daxili müxalifəti zorakılığa son qoymağa çağırıb


Suriyanın daxili müxalifəti Dəməşqdəki toplantıda hökumət və üsyançıları zorakılığı dayandırmağa çağırıb.

Sentyabrın 23-də Demokratik Dəyişiklik üçün Milli Koordinasiya tərəfindən təşkil olunan görüşdə yerli müxalif qrupların nümayəndələri ilə İran, Çin və Rusiya diplomatları iştitak edir.

Qurumun üzvü Rajaa al-Nasser Azadlıq Radiosunun Azad İraq Radiosuna deyib ki, görüşdə hökumət və üsyançılar zorakılığı dayandırmağa çağırılıb. Onun sözlərinə görə, bunun üçün real münasibət göstərilməlidir.

Görüşdən sonra iştirakçıların bəyanatı oxunub.

Bəyanatda zorakılığın dayandırılması ilə yanaşı o da bildirilir ki, onlar BMT-Ərəb Liqasının xüsusi səfiri Lakhdar Brahimini Suriya ilə bağlı beynəlxalq konfrans çağırsın.

"Bu konfransın missiyası demokratik rejimə keçidə zəmanət verən ən yaxşı siyasi yol tapılmasını təmin etməkdir", - bəyanatda deyilir.

Xaricdə Suriya Milli Şurasının rəsmisi Ausama Monajed deyib ki, Demokratik Dəyişiklik üçün Milli Koordinasiyası özünün Suriya təbliğat məqsədi üçün istifadəsinə icazə verir.

Rusiyanın Dəməşqdəki səfiri Azmat Allah Kolmahmedov isə
konfransı "Suriya hökumətinin başladığı islahatların düz yerinə yetirilməsi" kimi qiymətləndirib.
XS
SM
MD
LG