Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:25

Gədəbəydə 87 yaşayış məntəqəsini birləşdirən yol tikilir


Yolun tikintisinə 3 milyon manat vəsait ayrılıb.

Bu barədə Gədəbəy rayon icra hakimiyyətindən məlumat verilib. Məlumata görə, 59 min nəfər əhalinin yaşadığı 87 yaşayış məntəqəsini birləşdirən Gədəbəy-Novosaratovka-Qaravəlilər yolunun inşasını «Gəncə Körpü-Tikinti» şirkəti icra edəcək. Yolun əksər məntəqələrində avtomobil hərəkəti zolağı 7 metrədək enləndiriləcək.

Yol sərhəd bölgəsi olan Şınıx zonasının kəndlərini də əhatə etməklə mühüm strateji əhəmiyyət kəsb edəcək.

Bu layihə «Gədəbəy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında» ölkə başçısının 6 sentyabr 2012-ci il tarixli Sərəncamının icrasına uyğun olaraq reallaşır.
XS
SM
MD
LG