Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:54

Gəncədə 250-yə yaxın abonent qaz sayğacına müdaxilə edib


Bu barədə məlumatı Gəncə şəhər Qaz İstismarı Sahəsinin Satış Şöbəsinin müdir müavini Səbuhi Əliyev verib. Onun sözlərinə görə müdaxilə nəticəsində 550 min kub metr təbii qazın oğurlandığı aşkarlanıb.

S. Əliyevin sözlərinə görə, müdaxilə edən abonentlər 55 min manat məbləğində cərimə ediliblər. Onlar bu vəsaiti tədricən ödəyirlər.

Müsahibin bildirdiyinə görə, müdaxilə hallarının azaldılması üçün qurumun əməkdaşları daim yoxlamalar həyata keçirir. Bundan əlavə şəhərdə istismar müddəti sona çatan mexaniki sayğaclar da yeni elektron tipli cihazlarla əvəzlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG