Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:28

Qərb bölgəsində kartof məhsuldarlığının 540 min ton olacağı gözlənilir


Bu il qərb bölgəsində kartofun məhsuldarlığının 540 min ton olacağı gözlənilir

Bu barədə məlumatı Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Canpolad Qəhrəmanov verib.

Onun sözlərinə görə bu il bölgədə kartofun məhsuldarlığı hektara 27 ton olub ki, bu da ötən ilin məhsuldarlığından 3 ton çoxdur.

Qərb bölgəsində 27 min 100 hektar sahədə kartof əkilib. Hazırda yığım davam edir.

Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsi Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarına xidmət göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG