Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:22

Siyəzəndə elektrik yarımstansiyasında yanğın olub


Arxiv foto
Arxiv foto
Sentyabrın 24-nə keçən gecə saat 4.00 radələrində Siyəzən şəhərində 36 kilovatlıq elektrik yarımstansiyasında yanğın olub.

Siyəzən rayon Fövqəladə Hallar Komissiyasının sədri Zəfər Əliyev ANS PRESS-ə bildirib ki, yanğını söndürmək üçün 7 yanğın söndürən avtomobil cəlb edilib.

İlkin versiyaya görə yanğın elektrik yarımstansiyasını ildırım vurması nəticəsində baş verib.

Yanğın səhər saat 7.00 radələrində söndürülüb, hazırda yarımstansiyasının elektriklə təmin etdiyi Siyəzən neft mədənləri, Siyəzən şəhər və kəndlərində elektrik təminatı dayanıb.

Bu arada Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sentyabrın 25-dək hava şəraitinin qısamüddətli dəyişməsi, xəzri küləyinin arabir güclənməsi, atmosfer təzyiqinin xeyli yüksəlməsi və temperaturun ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı olacağı gözlənilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG