Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:56

Belarus hakimiyyəti seçkinin baş tutduğunu deyir


Bazar günü Belarusda keçirilmiş parlament seçkisi baş tutmuş hesab olunub.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkidə 50 faizdən artıq seçici iştirak edib.

Seçicilərin 26 faizi bundan əvvəl-5 gün ərzində keçirilmiş vaxtındanəvvəl seçki zamanı səs verib.

Müxalifət deyir ki, vaxtındanəvvəl seçkiləri müşahidə etmək çətin olduğundan hakimiyyət bundan nəticələrin saxtalaşdırılmasında istifadə edir.

Artıq 5 müxalifət partiyası seçkinin nəticələrini tanımadıqlarını bəyan ediblər.

Prezident Aleksandr Lukaşenko isə səs verərkən deyib ki, müxalifət seçkini baykot etməklə heç nəyə qadir olmadığını göstərdi.

110 yerlik parlament uğrunda 290-dan çox namizəd mübarizə aparır ki, onların əksəriyyəti
prezident Lukaşenko rejimini dəstəkləyən partiyaları təmsil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG