Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:20

Keçmiş İran prezidentinin qızı həbs edilib


Keçmiş İran prezidenti Akbar Hashemi Rafsancaninin qəzı dövlət əleyhinə təbliğata görə 6 ay həbsə məhkum edilib.

Faeza Hashemi şənbə günü-Londondan qayıdan kimi həbs edilib.

O bu cəzaya hələ bu ilin yanvarında məhkum edilsə də qərar icra edilməmişdi.

Əvvəllər deputat və qdın idman federasiyasının rəhbəri olan Faeza Hashemi ölkədə qadın hüquqlarının müdafiəçisi kimi tanınır.

Məhkəmə 6 aylıq həbsdən başqa onun 5 il siyasət, jurnalistika və mədəni fəaliyyətlə məşğul olmasını qadağan edib.

Prezident Mahmud Ahmadinejadın tanınmış tənqidçilərindən olan Rafsancani və Faeza
Hashemi 2009-cu il mübahisəli prezident seçkisindən sonra keçirilmiş etiraz aksiyalarının iştirakçılarından olublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG