Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:18

Tbilisidə tələbələr aclıq aksiyası keçirir


Tbilisidə tələbələr Ədliyyə Nazirliyinin binası qarşısında 4 tələbə fəalın azad edilməsi tələbilə aclıq aksiyası keçirirlər.

Onlar bu günlərdə Tbilisi həbsxanasında məhbuslara işgəncə verilməsilə bağlı yayılmış kadrlardan sonra keçirilmş etiraz aksiyaları zamanı saxlanıblar.

Ölkənin müxtəlif rayonlarında etiraz aksiyaları hələ də davam edir.

Bu məsələyə görə penitensiar xidmətin rəhbəri Khatuna Kalmakhelidze və daxili işlər
naziri Baço Akhalaya istefa veriblər.

Aksiyacılar daxili işlər nazirinin həbsini tələb edirlər.

Onlar hesab edir ki, işgəncə səhnəsini o qəsdən təşkil edib.

Hakimiyyət hərtərəfli istintaq aparılacağını və cavabdehlərin cəzalandırılacağını vəd edib.

Artıq onlarla adam qarşı ittiham irəli sürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG