Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:02

“Müsəlmanların məsumluğu” filmini çəkənin başına mükafat qoyulub


Pakistanın Dəmiryol naziri Ghulam Ahmed Bilour (Qulam Əhməd Bilur) “Müsəlmanların məsumluğu” filminin müəllifinin başına 100 min dollar mükafat qoyub.

Bu barədə nazirin özü məlumat verib.

O şənbə günü Peşəvərdə jurnalistlərlə söhbət zamanı bu pulu cibindən də verməyə hazır olduğunu buldirib.

Nazir həmçinin qeyd edib ki, həmin adamın təqib olunmasına Taliban və Əl Qaidənin üzvləri də qoşula bilərlər.

Bu günlərdə ABŞ-da internetlə yayılmış bu qısa film müsəlman dünyasının qəzəbinə və toqquşmalara səbəb olub.

Təkcə cümə günü Pakistanda baş vermiş hərc-mərclikdə 20-dən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG