Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 03:40

V.Talıbov: «Naxçıvanda heyvanların və quşların baş sayının artırılmasına xüsusi diqqət göstərilir»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 24 avqust 2012. sayı: 159 (20.564)


İRADƏ VƏ ƏZMKARLIĞIN QARŞISINDA HEÇ BİR MƏHDUDİYYƏT DAYANA BİLMƏZ

Bəzən gündəlik həyatımızda qarşılaşdığımız kiçik çətinliklərdən şikayət edir, səhhətimizdə yaranan problemlərdən uzun-uzadı danışırıq. Bəzən isə yaxın əhatəmizdə fiziki imkanları məhdud olan insanlarla qarşılaşırıq. Belə vaxtlarda öz çətinliklərimizi unudur, onları düşünürük. O insanları ki, qarşılaşdıqları bütün çətinliklərə, həyatın onlara «bəxş» etdiyi məhrumiyyətlərə baxmayaraq, şikayət etmir, əksinə, həyata daha ikiəlli yapışır, yaşayıb – yaradırlar. Onlar tək, köməksiz də deyillər. Ailəsi, köməyi olmayanın həyanı dövlətimiz, onun xeyirxah siyasətidir. Bu yazımızda oxucularımızı onlardan bir neçəsi ilə tanış edəcək, başqalarına nümunə olacaq əzmkarlıqları haqda söhbət açacağıq.

22 yaşlı Elməddin Kərimov bu qəbildən olan insanlardan biridir. Elməddinin dediyinə görə, o, heç vaxt ruhdan düşməyib. Elməddin artıq bir neçə ildir ki, müəllim işləyir. Peşəsini çox sevdiyini, işini həvəslə yerinə yetirdiyini dedi.
Bildirdi ki, müəllim cəmiyyətimizdə həmişə hörmət olunan şəxsdir. O, xalqın gələcəyini yetişdirir. Mən də bu peşənin sahibi olduğu üçün sevinirəm...

NAXÇIVAN ŞƏHƏRİNDƏ QÜVVƏLİ YEM İSTEHSALI MÜƏSSİSƏSİ FƏALİYYƏTƏ BAŞLAYIB

...Ölkəmizdə daxili bazarın qorunması, yerli istehsalın artırılması və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin bu gün də ardıcıl olaraq davam etdirildiyini bildirən Ali Məclisin Sədri demişdir: Muxtar respublikamızda da ərzaq təhlükəsizliyinin təmin edilməsi diqqət mərkəzində saxlanılır, iqtisadiyyatın aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Yeni heyvandarlıq və quşçuluq təsərrüfatlarının yaradılması ilə yanaşı, heyvanların və quşların baş sayının artırılmasına və məhsuldarlığın yüksəldilməsinə də xüsusi diqqət göstərilir.

Ali Məclisin Sədri demişdir ki, ətlik və südlük istiqamətində məhsul istehsalının artırılmasında qüvvəli yem istehsalı sahələrinin yaradılması mühüm əhəmiyyətə malikdir. Bunun üçün muxtar respublikada əlverişli şərait, dövlət maliyyə dəstəyi və investisiya mühiti mövcuddur. Qeyd olunmuşdur ki, əvvəllər qüvvəli yemə olan tələbatın idxal hesabına ödənilməsi müəyyən çətinliklərin yaranmasına səbəb olurdu...

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Karate – do üzrə rayon birinciliyi
- Dağ kəndlərinin yeni büsatı
- Qorçulu kəndinin yeni quruculuq ünvanları
XS
SM
MD
LG