Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:55

Qənirə Paşayeva: Gənc qızın həyatını məhv etmək olmaz


-
Deputat Qənirə Paşayeva Müsavat üzvü Nigar Yaqublunun həbsinə münasibət bildirib.

Moder.az-a müsahibəsində o, insanların, xüsusilə də qadınların, gənc qızların həbsxanalarda olmasını istəmədiyini deyib:

«Nigar da gənc bir xanımdır. Üstəlik o da istəməzdi ki, belə bir hadisə olsun. Yəni, bu hadisəni qəsdlə törətməyib. Bildiyim qədər ölən insanın ailəsi də şikayətçi deyil. Kaş ki daha yüngül formada bir qərar verilsəydi. Belə bir hadisə mənim də ailəmin başına gəlmişdi. Əmiqızımın qızını bir nəfər maşınla vurmuşdu. Yerindəcə keçinmişdi. Əmim şikayətçi olmadı və arqumenti də düşündürücü idi. Bütün ağrılarına, acılarına rəğmən cəza çəkəcək gənci də düşünürdü. Həbsxanada uzun zaman keçirməsini istəmirdi o gəncin və deyirdi ki, ən azı onun həyatı məhv olmasın».

N.Yaqublu avqustun 25-də Müsavat üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzası ilə əlaqədar saxlanıb. Sentyabrın 11-də barəsində 2 aylıq həbs qərarı çıxarılıb.

Rəsmi məlumatda qəzaya uğrayan avtomobili sürücülük hüququ olmayan N.Yaqublunun sürdüyü qeyd edilir.

Fakt üzrə Cinayət Məcəlləsinin 263.2-ci (Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

N.Yaqublunun həbsinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəkillərin müraciətini Abşeron rayon Məhkəməsi təmin etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG