Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:55

Mitt Romney ötən il 14,1 faiz vergi ödəyib


ABŞ Respublikaçılar partiyasından prezidentliyə namizəd Mitt Romney çoxdan gözlənilən vergi bəyannaməsini açıqlayıb.

Sənədə görə 2011-ci ildə Romneyin 13, 7 milyon dollar gəliri olub və o bu məbləğdən 1,9 milyon dollar vergi ödəyib.

Beləliklə o ötən il 14,1 faiz vergi ödəyib.

Romneyin rəqibləri bundan əvvəl dəfələrlə onu vergi bəyannaməsini açıqlama çağırmışdılar.

Onların sözlərinə görə Romney gəlirini vergidən qorumaq üçün mürəkkəb mühasibat sistemindən istifadə edib.

Romneyin gəliri əsasən dividentlər şəklində sərmayələrdən gəlir.

Onun həmçinin xeyriyyəçi kimi vergi üstünlükləri var.
XS
SM
MD
LG