Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:27

Liviyada baş vermiş toqquşmada azı 3 adam ölüb


Şənbə günü səhər Liviyanın Benqazi şəhərində baş vermiş toqquşmada 3 adam ölüb.
İnsident Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdən birinin qərargahında baş verib.

Bundan başqa 20 nəfərin yaralandığı xəbər verirlir.

Bundan əvvəl, cümə günü axşam yüzlərlə etirazçının radikal islamçı “Ansar al Şaria” qrupunun bazasına hücum etdiyi bildirilirdi.

Sentyabrın 11-də Benqazidəki ABŞ konsulluğuna edilmiş hücumun təşkilində məhz bu qrupun yaraqlıları şübhəli bilinir.

Həmin hücum zamanə ABŞ-ın bu ölkədəki səfiri Christoper Stevens də daxil olmaqla 4 amerikalı diplomat öldürülüb.

Songünlər Benqazidə şəhərə nəzərəti ələ keçirmək istəyən islamçılara qarşı etirazlar keçirilir.
XS
SM
MD
LG