Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:59

ABŞ-ın pilotsuz təyyarəsi Pakistan ərazisini vurub


ABŞ-ın pilotsuz təyyarəsinin Pakistan ərazisini vurması nəticəsində 3 yaraqlı ölüb.

Şimali Vəziristanda Taliban və əl Qaidə ilə əlbir olan yaraqlıların mövqeinə 2 raket buraxılıb.

Şimali Vəziristan Əfqanıstan sərhəddinin yaxınlığında yerləşir.

İslamabad dəfələrlə bu cür əməliyyatlara rəsmi etiraz bildirib.

Pakistanın xarici işlər naziri Hina Rabbani Khar cümə günü Vaşinqtonda ABŞ Dövlət Katibi
Hillary Clintonla görüşüb və liderlər görüşdən sonra birgə brifinq keçiriblər.

Hillary Clinton ABŞ-ın bu ölkədəki diplomatik missiyalarının qorunmasında səylərinə görə
Pakistana təşəkkürünü bildirib, terorçuluqla mübarizənin bu iki ölkənin qarşısında duran əsas məsələlərdən biri olduğunu bildirib.
XS
SM
MD
LG