Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:43

«Rus qoşunları işğal altındakı Qarabağda»


Ermənistanda təlimlər, 16 sentyabr 2012.

Ermənistanda təlimlər, 16 sentyabr 2012.

-
«Yeni Müsavat» qəzeti alman qəzetinə istinad edərək yazır ki, «Rus qoşunları işğal altındakı Qarabağda»dır.

«Almaniyanın «Tagesspiegel» qəzeti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanda başa çatan təlimləri ilə bağlı yeni məlumat yayıb. Alman qəzetinin yazdığına görə, təlimlər təkcə Ermənistanda yox, Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağı da əhatə edib».

Qəzet yazır ki, Rusiya əvvəlcə Cənubi Osetiya və Abxaziyanı da təlim zonasına daxil etmək istəyib. Lakin Qərb ölkələrinin təzyiqləri qarşısında bundan imtina edib.

«Ayna» qəzeti də Rusiyanın Qafqaz təlimlərinin pərdəarxası məqamlarından yazır:

«Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Qafqaz üzrə xüsusi hərbi birləşmənin yaradılması gözlənilir».

«Azadlıq» qəzeti Baş prokurorun birinci müavini Rüstəm Usubovun avtomobil qəzasına görə həbs edilən Nigar Yaqublu ilə bağlı dediklərinə münasibətləri verib. Qəzetdə Nigar Yaqublunun atası, Müsavat başqanının müavini Tofiq Yaqublu qızının 7 dəfə istintaqa getməməsi haqda R.Usubovun açıqlamasını yalan adlandırıb.

«Kim gəlib bizə, hanı dəvətlər? Nigarı 7 dəfə istintaqa çağıran kim olub? Hadisə baş verən gün müstəntiq həmişə mənimlə danışıb, telefon əlaqəsi saxlayıb, danışıqlarımızı da yazıblar. Tofiq Yaqublu

Tofiq Yaqublu

Müstəntiq hansı tarixdə deyibsə, mən dərhal razılaşmışam və Nigarı dəvət edən kimi polis şöbəsinə getmişik. O, ifadə verib sükan arxasında olduğunu etiraf edib. Müstəntiq növbəti dəfə sentyabrın 10-da gəlməyi xahiş edib. Deyilən vaxt da orda olmuşuq. Səhərdən axşama kimi - 19:30-dək onun otağında olmuşuq, ordan Nigar məhkəməyə aparılıb və onun istintaqdan yayınması adı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Nigarın istintaqdan yayınması barədə deyilənlər absurddur».

Gələcək nəsil pensiyasız qala bilər. «Exo» qəzeti bunu Azərbaycanda ahıl adamların sayının artması ilə izah edir. Bu səbəbdən 25 ildən sonra hamıya pensiya vermək mümkün olmaya bilər.

«İctimai Palata adlandırılan qurum tamam mənasız və lüzumsuz bir şeydir».

Bu fikirlər YAP icra katibinin müavini Siyavuş Novruzovun «Yeni Azərbaycan» qəzetindəki müsahibəsində yer alıb.

YAP funksioneri İctimai Palatanın öz perspektivliyini itirdiyini deyir:

«Lazımsız, lüzumsuz bir qurumdur, bir sözlə, arabanın 5-ci təkəridir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG