Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:09

«Binə» Ticarət Mərkəzində insident olub


-
Bakıda fəaliyyət göstərən «Binə» Ticarət Mərkəzində insident baş verib.

Bu barədə APA-ya hadisə şahidləri məlumat veriblər.

Məlumata görə, ticarət mərkəzinin təmsilçiləri ilə bəzi satıcılar arasında qarşıdurma yaranıb. Qarşıdurmaya ticarət mərkəzinin təmsilçilərinin tapşırığı ilə sürücünün «KamAZ» maşınını satıcıların üstünə sürməsi səbəb olub. Nəticədə 2 nəfər xəsarət alıb. Yaralananlardan biri azyaşlı uşaqdır.

Qaradağ rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Hazırda hadisə yerinə əməliyyat qrupu yollanıb.

İnsidentin səbəbləri araşdırılır.
XS
SM
MD
LG