Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:30

BMT islam əleyhinə yayılan filmi də, ona qarşı zorakı reaksiyaları da pisləyir



BMT-nin insan haqları komissarlığı Məhəmməd peyğəmbərin təhqir olunması kimi qiymətləndirilən filmin çəkilməsi və eyni məzmunlu karikaturaların yayılmasını, eyni zamanda buna qarşı zorakı aksiyaları pisləyib.

Qurumun sözçüsü Rupert Colville sentyabrın 21-də Cenevrədə jurnalistlərə bildirib ki, ABŞ-da belə bir filmin çəkilməsi, Fransada isə karikaturaların yayılması pisniyyətli bir təxribatdır. O, ardınca da əlavə edib ki, indiki zorakı və dağıdıcı reaksiyalar da heç nə ilə əsaslandırıla bilməz: “Biz hesab edirik ki, bu cür açıq təxribatlarla mübarizənin ən yaxşı yolu onları saya salmamaq və cəmiyyətin diqqətini ora yönəltməməkdir” – deyə sözçü bildirib.

ABŞ-da çəkilən “Müsəlmanların məsumluğu” filmi və Fransada yayılan karikaturalara etiraz olaraq islam ölkələrində keçirilən etiraz aksiyalarında baş verən zorakılıqlarda 30-dan çox adam həlak olub.
XS
SM
MD
LG