Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:14

Assad müxalifətin heç nəyə nail olmayacağını deyir



Suriya prezidenti Bashar al-Assad (Bəşər Əsəd) onun rejiminə qarşı vuruşan müxalifətin heç nəyə nail ola bilməyəcəyini deyib. O, hesab edir ki, Liviyada Muammar Gadhafi`nin (Müəmmar Qəddafi) devrilməsi ilə nəticələnən xarici hərbi müdaxilə də Suriyada mümkün olmayacaq.

Misirin “Al-Ahram Al-Arabi” həftəliyinə müsahibəsində Assad Körfəz ölkələrini də onun ölkəsində müxalifəti silahlandırmaqda, neft pullarından onu hakimiyyətdən uzaqlaşdırmaq üçün istifadə etməkdə günahlandırıb.

Elə bu gün Suriya müxalifəti Assad`a tabe olan ordu hissələrinin vertolyotlarla Hələbdə mövqe tutmuş Azad Suriya Ordusuna qarşı hücuma keçdiyini bildiriblər. Londonda yerləşən Suriyada insan haqlarını müşahidə qrupu döyuüşlərin ordu hissələrinin kazarmaları yaxınlığında getdiyini bildirirlər.

İnsan haqları fəalları son 18 ayda Suriyada Assad rejimi ilə müxalifət qüvvələri arasında toqquşmalarda 23 000-dən çox adamın həlak olduğunu bildirirlər.
XS
SM
MD
LG