Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:23
-
«London taksiləri»nin sürücüləri maşınları təhvil verməyə başlayıblar.

Bakı Beynəlxalq Avtovağzalının qarşısında söhbət etdiyimiz sürücülər indiki şərtlərlə işləməyin çətin olduğunu deyirlər.

TAKSİLƏR – QLADİATOR, QUL VƏ FƏHLƏLƏR ÜÇÜN

Ötən ilin sonunda götürdüyü taksini günün sonunda qaraja təhvil verəcəyini bildirən sürücü Zülfü Gülverdiyev indiki şərtlərlə işləyə bilmədiklərini deyir:

«Mənim bu avtomobili təhvil verməyimə 3 saat vaxt qalıb. 3 saatdan sonra bu nəqliyyat vasitəsini «Bakı-Taksi» MMC-nin dayanacağına təhvil verəcəm. Biz gündəlik 28 manat plan, 12 manat yanacaq pulu veririk. Nəqliyyat vasitəsinin hər gün yuyulması, təmizlənməsinə, dayanacağa və hər sifarişə pul ödəyirik. Bütün bu xərclərdən sonra pul qalsa, onu evimizə aparmalıyıq. Biz bunu çatdırıb ödəyə bilmirik. Bu, mümkün deyil, biz artıq cana doymuşuq. Bu taksilər bizi qladiator, qul və fəhlə kimi istifadə eləməyə gətirilmiş nəqliyyat vasitələridir».

«315 MANAT ƏMƏKHAQQINA QOL ÇƏKİRİK»

Sürücülər deyir ki, «Bakı Taksi» MMC ilk dəfə onlarla müqavilə imzalayanda, gündəlik plan 40, aylıq maaş isə 300 manatdan çox olub:

«Biz 40 manat plan verən vaxt 315 manat maaş alırdıq, gündəlik 12 manat yanacaq verilirdi. Bütün bu güzəştlərin hamısını bir yerdə götürəndə, 25 manat edirdi. Bu baxımdan, biz 40 yox, 15 manat plan verirdik».

Zülfü Gülverdiyev iddia edir ki, indi həmin maaş yenə də onların adına yazılır. Hər ay da gedib maaş cədvəlinə qol çəkirlər, amma pul Zülfü Gülverdiyev

Zülfü Gülverdiyev

onlara verilmir.

«Mən müharibə veteranıyam, məndən vergi tutulmadığı üçün hər ay 315 manat əməkhaqqına qol çəkirəm. O aylıq əməkhaqqı bizə verilmir. Bizim orda rəsmi imzamız olduğu üçün biz bu məsələyə etirazımızı bildirə bilmirik».

ŞİRKƏT SÜRÜCÜLƏRİN GETMƏSİNİ TƏBİİ SAYIR

«Bakı-Taksi» MMC-nin avtodəstə rəisi Məcnun Səfərov isə sürücülərin iradları ilə razılaşmır. Deyir, sadəcə onlar növbəli sistemə keçməyə hazırlaşırlar, bu da bəzi sürücüləri narazı salıb. Növbəli sistemə keçəndən sonra plan hər sürücü üçün 17 manat olacaq:

«Sürücü hər şey deyə bilər, bu, təbiidir. Mən onu normal hal kimi qəbul edirəm. Biz indi xidməti müqaviləyə keçirik və avtomobillər sürücülərə icarəyə verilir. Sürücü fərqlənmə nişanı alıb fəaliyyət göstərəcək. Sadəcə, onların vergi və sosial ödəmələrini biz ödəyəcəyik. «London taksiləri»

«London taksiləri»

Sürücülər gündəlik planı bizə verəcəklər, biz də o ödənişləri edəcəyik».

İNDİYƏ QƏDƏR 700-800 NƏFƏR TAKSİLƏRDƏN İMTİNA EDİB

İndiyə qədər 700-800 nəfərin «London taksiləri»dən imtina etdiyini deyən Məcnun Səfərov bunu adi hal sayır:

«Kütləvi getmə yoxdur. İndi 1000 sürücü var, gündə onlardan 2-3 nəfərinin getməyi təbiidir və mən bunu normal hal hesab edirəm. Plana aid olmayan səbəblərdən gedənlər var. Misal üçün, bu gün iki sürücü maşınları təhvil verdi, dedilər kiməsə şəxsi sürücü gedirlər, bunun isə plana aidiyyəti yoxdur».

Qadir İbrahimli

Qadir İbrahimli

«İNHİSARÇI ŞİRKƏT DAHA ÇOX QAZANMAQ İSTƏYİR»

İqtisadçı-ekspert Qadir İbrahimli taksi xidmətində yaranan narazılıqları inhisarçılıqla əlaqələndirir. Deyir ki, özəl taksi xidməti göstərənlərin sıxışdırılmasından sonra xeyli sürücü öz maşını ola-ola, «London taksiləri»ni seçib. Amma sonradan normal pul qazana bilməyən sürücülər həmin taksilərdən imtina ediblər.

Qadir İbrahimliyə görə, maaş sisteminin ləğvi, yanacaq və bir sıra məsələlərin sürücülərə həvalə edilməsi inhisarçı şirkətin daha çox qazanmaq istəyindən irəli gəlir:

«Sürücü hər ay 600 manatdan artıq plan verirdisə, onun yarıya qədəri maaş kimi sürücüyə qaytarılırdı. İndi inhisarçı şirkət hesab edir ki, sürücülər əslində daha çox qazanırlar və onlara maaş verilməsinə ehtiyac yoxdur. Onsuz da taksi bazarına eyni inhisarçı qurum nəzarət edir və sürücülərin getməyə başqa yeri yoxdur».

Şərhləri göstər

XS
SM
MD
LG