Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:40

Erməni rejissor Alim Qasımov haqqında film çəkmək istəyini bildirib


Cihan Qasparyan və Alim Qasımov
Cihan Qasparyan və Alim Qasımov
-

Azərbaycanın xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alım Qasımov Varşavaya gedib.

Bu barədə APA-ya muğam ifaçısının mətbuat katibi Səadət Möhübova məlumat verilib.

Bildirilib ki, səfərin məqsədi bu şəhərdə 23-29 sentyabr tarixlərində keçiriləcək VIII Beynəlxalq Musiqi Festivalında çıxış etməkdir.

"“Şərq ilhamı” şüarı altında keçiriləcək festivalın açılış konsertində Alim Qasımovla birgə ermənil balabançı Civan Qasparyan da çıxış edəcək.

Festival çərçivəsində Yakutiya xalq mahnıları ifa edən “Ayarxaan” adlı qrupun da çıxışı nəzərdə tutulur.

Onların ardınca ərəb “Ali-Kindi” qrupu və dünyada sufi mahnıları ilə məşhurlaşan Raza Xanın çıxışı olacaq. Festivalın final konsertinin proqramına Afrikada məşhur olan Bubakar Traorenin də adı salınıb.

11 ölkənin təmsil olunacağı festival, Varşavanın Mədəniyyət Sarayında baş tutacaq.

Onu da öyrəndik ki, bu Alim Qasımovun erməni ifaçının da iştirak etdiyi ilk festival deyil. Fransada keçirilən festivallardan birində təşkilatçılar tərəfindən sözügedən Civan Qasparyanla birgə çıxış etmək təklif olunub. A.Qasımov isə dərhal buna etirazını bildirib.

Hətta bu yaxınlarda erməni rejissor tərəfindən Alim Qasımov haqqında film çəkmək təklifi gəlib. O, azərbaycanlı muğam ifaçısına başqa ölkədə görüş təyin edib, hətta bütün xərcləri öz öhdəsinə götürüb. Lakin Alim Qasımov bu təklifi rədd edərək, belə bir arzuda olmadığını bildirib.
XS
SM
MD
LG