Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:54

350 qədim film ABŞ-dan Rusiyaya geri qaytarılır



Ötən əsrin əvvəllərində çəkilmiş 350-dən çox Rusiya filmi bu ilin sonuna qədər Sankt-Peterburqdakı Lenfilm studiyasına qaytarılacaq. Filmlərin əksəriyyəti 1917-ci ilin oktyabr inqilabından əvvəl çəkilib. Onların əksəriyyəti Vladimir İliç Leninin hakimiyyətə gəlməsi və Rusiyada vətəndaş müharibəsinin başlanması dövründə ölkədən çıxarılıb.

Hazırda qədim Rusiya filmləri Floridada Magna-Tech Electronic Co. İnc şirkətinin prezidenti Steven Krams`dadır. Sentyabrın 21-də o, Lenfilmin direktorlar şurasının sədri ilə filmlərin geri verilməsinə dair razılaşma imzalayıb. Steven Krams 350 qədim filmi Rusiyaya təmənnasız verir.
XS
SM
MD
LG