Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:12

Türkiyədə 365 ordu zabitinə hökm oxunur



Bu gün Türkiyədə məhkəmə yüzlərlə ordu zabitinə qarşı dövlət çevrilişi cəhdi üzrə qərarlarını oxuyur. Prokuror indiki Baş nazir Recep Tayyib Erdogan`ın islamçı təmayüllü hökumətinə qarşı çevriliş cəhdində ittiham olunan 365 zabitin 20 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edir. Bu iş üzrə istintaq iki ildir davam edir.

İttihamlara görə zabitlər İstanbulda məscidləri partlatmaq, Yunanıstanla gərginliyi artırmaqla dövlət çevrilişinə zəmin hazırlamağa çalışıblar. Amma zabitlər ittihamları rədd edirlər. Onlar bildirirlər ki, 2003-cü ildə baş vermiş bu hadisə dövlət çevrilişi deyil, adi ordu təlimlərindən biri olub.

1960-1980-ci illər arasında Türkiyə ordusu 3 dəfə hökumət çevrilişi edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG