Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:42

İctimai Palatada istefa olmadı [Video]


-
İctimai Palatanın Koordinasiya Şurasından istefa vermək istəyən 3 nəfər – Pənah Hüseyn, Zəfər QuliyevKöçəri Nağıbəyli Şurada fəaliyyətlərini davam etdirəcəklər. Onlar istefa niyyətindən əl çəkiblər.

Sentyabrın 21-də İctimai Palatanın Koordinasiya Şurasının növbədənkənar toplantısı olub. Müzakirələrin sonunda kompromis əldə olunub və onların hər üçü qurumda qalıblar.

Toplantıda 4 bəndlik sənəd qəbul edilib. Sənəddə deyilir ki, partiyaların hansı sənədə imza atması onların müstəqil işidir. Siyasi partiya üzvlərinin həm də İP üzvü olması həmin partiyaların üzərinə hər hansı öhdəlik və vəzifələr qoymur.

Ötən həftə Azərbaycanda 10-dan artıq partiya Avropa Parlamentinə müraciət edib. Onlar qurumun Azərbaycan zabiti Ramil Səfərovla bağlı qətnaməsinə etirazlarını bildirmişdilər. Bu sənədə İctimai Palataya daxil olan müxalifət liderlərinin qoşulması birmənalı qarşılanmayıb. Buna etiraz olaraq Koordinasiya Şurasının bir neçə üzvü istefa vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG