Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:33

Vilayət Quliyev: «Ramil Səfərovla bağlı addım atanda risklər doğuracağını anlayırdıq»


«Macarıstanda təhlükəsizliyimiz yerli hökumət tərəfindən hələlik yüksək səviyyədə təmin olunur». Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev jurnalistlərlə söhbətində belə deyib.

Məlumatı APA yayıb. Səfir daha sonra deyib ki, ermənilərin heç bir təhdidi Azərbaycan diplomatlarını qorxutmur: «Qurddan qorxan heç vaxt meşəyə getməz. Ramil Səfərovla bağlı biz məlum addımı atanda onsuz da bunun müəyyən risklər doğuracağını anlayırdıq».

Səfirin sözlərinə görə, Azərbaycanla Macarıstanın münasibətlərində heç bir mənfi dəyişiklik baş verməyib: «Əvvəlcədən planlaşdırılmış bütün tədbirlər qüvvədə qalıb».

Səfir bu il oktyabrın 8-9-da Budapeştdə Macarıstan-Azərbaycan hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini deyib.
XS
SM
MD
LG