Keçid linkləri

Təcili xəbərlər

Lazımsız kəşflərə illik "Nobel" mükafatları verildi


Andre Geim
Andre Geim
Həqiqi Nobel mükafatlarının verilməsindən bir həftə qabaq ənənəvi olaraq lazımsız, faydasız kəşflərə yumoristik, satirik Nobel mükafatları verilir.
Qeyd edək ki, bu kəşfləri edənlər tamamilə ciddi və nüfuzlu alimlərdir.

Yada salaq ki, fizik Andre Geim əvvəlcə belə İg Nobel almışdı, bir neçə il sonra fizika üzrə həqiqi Nobel mükafatı aldı.

Söhbət gedən bu mükafat həqiqi Nobel mükafatına satiradır. Əsil adı İg Nobel mükafatıdır, Bu da mənasız, səviyyəsiz anlamına gələn Nobel mükafatı deməkdir.

Ancaq yenə qeyd olunmalıdır ki, bu mükafat 1991-ci ildə təsis olunanda şərt belə qoyulub ki, İg Nobel "əvvəlcə güldürən, sonra düşündürən" qeyri-adi kəşflərə, ixtiralara veriləcək. Yəni elmilik şərt olaraq qalır.

Hər il olduğu kimi mərasim Harvard Universitetində keçirilib. Bura həqiqi və yumoristik Nobel mükafatı laureatları toplaşmışdı.

Zarafatcıl Nobel mükafatlarından biri hollandiyalı 3 psixoloqa verilib.
Onların araşdırmasına görə, sola əyilib, Eyfel qülləsinə baxanda qüllə daha alçaq görünür, nəinki əyilib sağdan baxanda.

Bu nəticə gözlə, optika ilə bağlı deyil. Araşdırmada ciddi şəkildə göstərilir ki, sola əyiləndə insanın qiymətləndirməsi azalır, sağa əyiləndə nisbətən yüksək olur.
Araşdırma 33 uşaq üzərində sınaqdan çıxarılıb.

Hollandiya və amerika alimləri isə tapıblar ki, şimpanzelər bir-birini fotodan tanıya bilirlər.

Başqa Nobel mükafatının qalibi Amerika alimləri olub.
Onlar ölü balıqda beyin fəaliyyəti aşkar ediblər.

Bir amerikalı fizik isə at qaçanda onun quyruğunun hərəkətinin riyazi modelini verib.

Rusiyadan olan alim isə orduda köhnə partlayıcı maddələrdən almaz düzəltməyi kəşf edib.
Yeganə problem ondadır ki, bu almazlar çox-çox xırda alınır.

ABŞ-ın Hesablama palatsının əməkdaşlarına da Nobel verilib. Onlar “Hesabatlardan hesabat” fundamental araşdırmalarına görə ədəbiyyat üzrə Nobel alıblar.

Yapon alimləri isə çərənçilər üçün xüsusu aparat düzəldiblər. Bu aparat danışan adamın öz sözlərini müəyyən gecikmə ilə eşitməsinə gətirir. Alimlər iddia edirlər ki, bu, çərənçiləri çox əsəbiləşdirir.

Ən son yazılan

XS
SM
MD
LG