Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:43

FİFA prezidenti Azərbaycan millisinin oyununu izləyəcək


FİFA prezidenti Joseph S. Blatter sentyabrın 22-də Azərbaycanda start götürəcək 17 yaşadək qızlar arasında dünya çempionatının 3 oyununu izləyəcək.

Lent.az-ın verdiyi məlumata görə, Joseph S. Blatter bunu keçirdiyi mətbuat konfransında söyləyib.

FİFA prezidenti bildirib ki, vaxt məhdudiyyətinə görə Lənkəranda oynanılacaq oyunları izləməyə gedə bilməyək:

«Gələn həftə FİFA İcraiyyə Komitəsinin iclası keçirilməlidir. Çox təəssüf edirəm ki, vaxtın azlığından Lənkərana yollana bilməyəcəyəm, amma Bakıda keçirilən oyunları izləyəcəyəm».

Joseph S. Blatter sabah saat 18:00-da Tofiq Bəhrəmov adına stadionda başlanacaq çempionatın açılış mərasimində iştirak edəcək. O, daha sonra Azərbaycan millisinin oyununu izləyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG