Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:44
Müğənninin Bakıda solo konsertini təşkil edən «Omnikomo Music Group»un PR və marketinq şöbəsinin müdiri Zaur Darabzadənin APA-ya verdiyi məlumata görə, bu gecə saatlarında öz komandası ilə Bakıya təşrif buyuran Jennifer Lopez hazırda istirahət edir.

Səfər çərçivəsində müğənninin Bakıyla tanışlığı və gəzintiyə çıxması nəzərdə tutulur.

Müğənni ilə birlikdə onun 60 nəfərlik komandası da Los-Ancelsdən Bakıya gəlib.

Bununla yanaşı bir neçə gün əvvəl 500 nəfərlik işçi heyəti konsertin hazırlığı üçün Bakıya gəlib. Bu gün Jennifer Lopez’in Bakı səhnəsində ilk məşqini keçirəcəyi gözlənilir.

Tanınmış müğənni sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda, sentyabrın 23-də isə «Baku Crystal Hall»da çıxış edəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG