Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:41

Bakıda çimərlikdə çılpaq çimən Belarus vətəndaşı döyüldü


Ötən gün saat 20:00 radələrində Bakının Səbail rayonu ərazisində Belarus vətəndaşı döyülüb.

Səbail rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Şixov çimərliyində 55 yaşlı Belarus vətəndaşı Vitali Varoboviç möhkəm döyülüb. Belarus vətəndaşı ilə yanaşı 36 yaşlı Səməd Aydın oğlu Fərəcov da döyülüb.

Onların döyülməsinə səbəb isə Vitali Varoboviçin çılpaq çimməsi olub. Bir neçə nəfər Vitalinin çılpaq çimməsinə irad bildiriblər. Vitali onların iradına əhəmiyyət verməyəndə mübahisə yaranıb. Mübahisə nəticəsində Vitali möhkəm döyülüb. Onu həmin şəxslərin əlindən almaq istəyərkən Səməd Fərəcov da xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG