Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:19
Azərbaycan zabiti Ramil Səfərovun azad edilməsi ilə bağlı Bakı və Budapeştin acıqlaması ABŞ rəsmilərini qane etmir.

Bunu ABŞ Dövlət katibinin Avropa və Avroasiya məsələləri üzrə köməkçisi Philip Gordon cümə axşamı AzadlıqRadiosuna müsahibəsində deyib.

O bildirib ki, Vaşinqton Budapeştin Ramil Səfərovu Bakıya verməsi və Azərbaycan hökumətinin onu əfv etməsindən hələ də dərin narahatdır.

Gordon qeyd edib ki, qətlə görə mühakimə olunmuş şəxsin mükafatlandırılması
Vaşinqtonu sarsıdıb və bu regionda real təxribatdır.

Azərbaycan ordusunun zabiti Ramil Səfərov 2004-cü ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən hərbi kurs zamanı erməni zabit Qurgen Markaryanı öldürdüyünə görə bu ölkədə ömürlük həbsə məhkum edilmişdi.

2012-ci il avqustun 31-də Ramil Səfərov Azərbaycana təhvil verilib, elə həmin gün də prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılıb.

Həmçinin Avropa Birliyi, Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk qrupu onun əfv olunmasından narahatlıq bildiriblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG