Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:57

Naxçıvan əhalisinin artımında sosial rifahın rolu...


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 21 avqust 2012. sayı: 157 (20.562)


SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində maarifləndirici seminar – müşavirə keçirilmişdir. Tədbirdə muxtar respublikada avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını yerinə yetirən sürücülər iştirak etmişlər.

Seminar – müşavirə iştirakçıları Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci ildə təsdiq edilmiş «Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını yerinə yetirən sürücülərin intizam Qaydaları» ilə tanış etmişlər. Bildirilmişdir ki, bu qaydalar təsdiq olunduqdan sonra muxtar respublikada sərnişindaşıma ilə məşğul olan bütün sürücülərə çatdırılmış və icraya nəzarət daim diqqət mərkəzində saxlanılmışdır. Sürücülər bu qaydalara əməl etməli, sərnişindaşıma xidmətinin səviyyəsini yüksəltməlidir.

Sonra Nəqliyyat Nazirliyinin şöbə müdiri Ramin Qəhrəmanov «Avtomobil nəqliyyatı ilə sərnişindaşımada lisenziyalaşdırma və fərqlənmə nişanının alınma qaydaları», Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin rəis əvəzi İlkin Məmmədov «Şəhərdaxili nəqliyyatın işinin və sürücülərin intizam qaydaları» mövzularında çıxış etmişlər.

NAXÇIVANDA ÜÇÜZ UŞAQ DÜNYAYA GƏLİB

Şərur rayonunun Aşağı Daşarx kənd sakini Samil Şabanovun ailəsi Ramazan bayramı ərəfəsində ikiqat bayram sevinci yaşayıb. Belə ki, bu ailədə üçüz uşaq dünyaya gəlib. Naxçıvan Doğum Mərkəzində üçüz uşaqların dünyaya gəlməsi münasibətilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək muxtar respublikada həyata keçirilən ailə siyasətindən, səhiyyə sahəsində əldə edilən uğurlardan, əhali artımında sosial rifahın rolundan söz açıb, ailəni təbrik edərək onlara hədiyyələr təqdim ediblər. Üçüz uşaqların anası Ruqiyyə Xəlilova onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə ailəsi adından minnətdarlığını bildirib.


DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Şahbuzda rabitə xidmətinin səviyyəsi yüksəldilir
- «Böhtan» romanının müzakirəsi keçirilib
- Turizm təbliğ vasitələrindən necə istifadə edirik?
XS
SM
MD
LG