Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:33

"Neftçi" Avropa Liqasında ilk xalını qazandı


Sentyabrın 20-də Avropa Liqasında qrup mərhələsinin ilk oyunları keçirildi. H qrupunda oynayan Bakının "Neftçi" klubu səfərdə Belrqadın (Serbiya) "Partizan" klubu ilə qarşılaşdı. Gərgin keçən oyunda hesab açılmayıb. Bu qrupda oynayan "İnternazionale" Milan (İtaliya) və Rusiyanın "Rubin" Kazan komandaları da heç-heçədən sonra xalları bölüşdürdülər. 2-2.

"Partizan" (Serbiya) - "Neftçi" (AZƏRBAYCAN)
Hakimlər: Libor Kovarik, Patrik Filipek, Jiri Molaçek (Çexiya)
Belqrad. Partizan stadionu.

"Neftçi": Saşa Stamenkoviç, İqor Mitreski, Tərlan Quliyev, Bruno Bertuççi, Mahir Şükürov, Rəşad Sadiqov (k), Erik Ramos, Flavinyo, Julius Vobay, Cavid İmamverdiyev, Nikolas Kanales

Avropa Liqasında növbəti oyunlar oktyabrın 4-də keçiriləcək.
XS
SM
MD
LG