Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:24

Əvəz Zeynallının məhkəməsi olub


-
Sentyabrın 20-də «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi davam etdirilib.

Prosesdə «Xəmsə» Şadlıq Evinin sahibi Mürvət Həsənov şahid qismində ifadə verib.

O, Ə.Zeynallı ilə qohum olduqlarını bildirib:

«Əvəz Zeynallı mənim yaxın dostum Akif Məmmədov barəsində qəzetində silsilə yazılar yazırdı. Akif də həmin yazılardan narahat olurdu. Mən Əvəzdən həmin yazıları yığışdırmasını xahiş etmişəm, ancaq ona pul verilməsinin şahidi olmamışam».

Lakin M.Həsənovun ibtidai istintaqla məhkəməyə verdiyi ifadələr fərqləndiyindən hakim şahidin ibtidai istintaqa verdiyi ifadəni elan edib. Məlum olub ki, M.Həsənov ilkin ifadəsində tanışları vasitəsilə jurnalistə 4 min dollar ötürdüyünü deyib.

Növbəti proses sentyabrın 26-da olacaq.

Əvəz Zeynallı oktyabrın 28-də həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb

İttiham aktında jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

İttiham təsdiqlənərsə, baş redaktoru 12 ilədək həbs cəzası gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG