Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:12

ABŞ məhkəməsi rüşvət ittihamıyla Ermənistan deputatını 37.5 milyon dollar cərimələdi


Keçmiş ekologiya naziri Vartan Ayvazian Yerevanda mətbuat konfransında. 17 sentyabr 2012

Keçmiş ekologiya naziri Vartan Ayvazian Yerevanda mətbuat konfransında. 17 sentyabr 2012

-
ERMƏNİ NAZİR ABŞ ŞİRKƏTİNDƏN 3 MİLYON DOLLAR RÜŞVƏT TƏLƏB EDİB?

Ermənistanda anti-korrupsiya fəalları ABŞ-da federal məhkəmənin korrupsiya ittihamı ilə külli miqdarda cərimələdiyi keçmiş ekologiya naziri Vartan Ayvazian haqqında cinayət işinin açılmasını və parlamentdə araşdırma başlanmasını tələb edirlər.

Keçən həftə Nyu-York məhkəməsi ABŞ-ın Global Gold şirkətinə dəymiş ziyana görə Ayvazianın 37.5 milyon dollar cərimə olunması barədə qərar çıxarıb. Qərara görə Global Gold`un Ermənistanda lisenziyası ləğv olunmaqla şirkətə külli miqdarda ziyan dəyib.

2006-cı ildə Ermənistanın Ekologiya Nazirliyi Global Gold şirkətini Kotayk rayonunda (Ermənistanın mərkəzində qədim adıyla Yelqovan rayonu) qızıl yatağının işlənməsindən kənarlaşdırıb. Şirkət iddia edir ki, o zaman ekologiya naziri olan Vartan Ayvazian`ın tələb etdiyi 3 milyon dollar rüşvəti verməkdən imtina etdiyi üçün onun lisenziyası ləğv edilib.

ABŞ MƏHKƏMƏSİ ERMƏNİSTAN VƏTƏNDAŞINI CƏRİMƏLƏYƏ BİLƏRMİ?

Hazırda Ermənistan parlamentində daimi komissiyalardan birinə rəhbərlik edən və 2001-2007-ci illərdə ekologiya naziri olmuş Vartan Ayvazian isə iddianı rədd edir. O, sentyabrın 17-də mətbuat konfransı keçirərək ABŞ məhkəməsinin qərarında qeyd olunan iddiaları yalan adlandırıb və həm əlavə edib ki, bu məhkəmənin qərarının Ermənistan vətəndaşına heç bir aidiyyatı ola bilməz.

Amma Ermənistandakı ictimai fəallar ABŞ məhkəməsinin bu qərarını Ayvazianın korrupsiyasına aid daha bir sübut adlandırırlar. 200-dən nəfərdən çox adamın qoşulduğu Facebook qrupu keçmiş nazirə qarşı cinayət işinin başlanmasını və parlamentdə araşdırma başlanmasını tələb edir.

Ölkə prokurorluğuna müraciət göndərən anti-korrupsiya fəalları Ayvazianın nazir olduğu dövrdə təbii sərvətlərin istismarına dair verilmiş bütün lisenziyalara yenidən baxılmasını, həmçinin keçmiş nazirə və ailə üzvlərinə məxsus olan bütün şirkətlərdə yoxlama aparılmasını tələb edirlər.

Ermənistandakı Anti-Korrupsiya Mərkəzinin rəhbəri olan Sona Ayvazian (keçmiş nazirlə qohumluq əlaqəsi yoxdur – red.) bildirib ki, hüquq-mühafizə orqanları keçmiş nazirin imzaladığı digər təbii sərvətlərdən istifadəyə dair razılaşmaları da araşdırmalıdır:

- Vəzifədə olduğu dövrdə Vartan Ayvazian təkcə qiymətli metal yataqlarının işlənməsi deyil, balıqçılıq sahəsində də çox sayda lisenziyalar verib. Ağacları qırdırıb özünün restoranını tikdirib. Media onun korrupsiya əməlləri ilə dolub-daşır. Onun haqqında cinayət işi qaldırmaq istəsə, prokurorluğun əlində kifayət qədər əsaslar var. Amma prokurorluq heç vaxt buna siyasi cəhətdən cəsarət edə bilməyib.

Ayvazianın da rəhbərliyində təmsil olunduğu hakim Respublikaçılar Partiyasının parlamentdəki qrupunun rəhbəri Galust Sahakian isə ABŞ məhkəməsinin qərarının nonsens adlandırır:

- İndi Ermənistan məhkəməsi də başqa bir ölkənin vətəndaşı haqqında qərar çıxarmalıdır? Əgər New York məhkəməsi məntiqsiz bir qərar çıxarıbsa, biz niyə Vartan Ayvazian`ın cinayət törədib-törətmədiyini müzakirə etməliyik?


NAZİR ÖZ ŞİRKƏTİNİN LİSENZİYASINI SATMAĞA ÇALIŞIB?

Sahakian da ABŞ məhkəməsinin Ermənistan vətəndaşını cərimələmək haqqı olmaması barədə arqumenti müdafiə edib.

Global Gold isə sentyabrın 19-da yaydığı sənədlərdə bunun əksini göstərir. Şirkətin jurnalistlərə verdiyi sənədlərə görə qızıl yatağının işlənməsinə dair 2003-cü ildə Global Gold`a verilən lisenziya bir erməni şirkətinin olub. Həmin şirkətin əsl sahibinin isə Ayvazian`ın özü olduğu iddia edilir. O zaman əldə olunmuş razılaşmaya görə tərəflər mübahisə yarandığı halda ABŞ-da New York məhkəməsinə müraciət edə bilərlər.

Şərhləri göstər

XS
SM
MD
LG