Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:31

Moskvanın Mitino rayonunda məsçid tikilməsinə icazə verilməyib


Moskva rəhbərliyi Mitino rayonunda məsçid və hümanitar islam mərkəzinin tikintisinə icazə verməyib.

Qərar cümə axşamı Moskva şəhərsalma və torpaq komissiyasının iclasında qəbul edilib.

Məlumata görə buna səbəb rayon sakinlərinin bir qisminin buna etiraz eləməsi olub.

Çərşənbə günü islam mərkəzinin tikintisinə etiraz edən yüzlərlə sakin və millətçi təşkilatların fəalları xalq məclisinə müraciət ediblər və onların tələbini bir sıra şəhər
deputatları da dəstəkləyib.

Sakinlərin fikrini nəzərə alaraq məsçidin yeri üçün başqa variantlara baxılması göstəriş verilib. Məlumatı İnterfax yayıb.
XS
SM
MD
LG