Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:52

Gürcüstanda penitensiar xidmətin 10 əməkdaşı həbs edilib


Gürcüstan məhkəməsi penitensiar xidmətin 10 əməkdaşı barədə 2 aylıq həbs qətimkan tədbiri seçib.

Onlar məhbusa işgəncə verməkdə, insan ləyaqətini alcaltmaqda ittiham olunurlar.
İnsidentin baş verdiyi Qldan həbsxanasının rəisi və onun müavini də həbs olunanlar arasındadır.

Həmçinin həbsxananın həmin kadrları çəkən əməkdaşı Vladimir Bedukadzenin axtarışı elan edilib.

O hazırda Belçikadadır.

Bedukadze deyir ki, siyasi motivli bu çəkiliş həbsxana rəisinin göstərişi ilə aparılıb və videoyazının əsas hissəsi daxili işlər nazirinin seyfindədir.
Və orda ölüm və zorlama halları var.

Gürcüstan bir çox şəhərlərində cavabdehlərin cəzalandırılması tələbilə etiraz aksiyaları keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG