Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:20

Rusiya ilə Qırğızıstan arasında bir sıra razılaşmalar imzalanıb


Bu gün Bişkekdə Rusiya prezidenti Vladimir Putinlə Qırğızıstan prezidenti Almazbek Atambayev arasında görüş olub.

Görüş zamanı Qırğızıstandakı Rusiya Bazasının müddətinin uzadsılması və Qırğızıstanın
Rusiyaya olan təxminən 500 milyonluq borcunun silinməsi və Qırğızıstanda Su elektrik stansiyasının tikintisi barədə razılaşmalar imzalanıb.

Bunu görüşdən sonra keçirilmiş birgə mətbuat konfransında Vladimir Putin deyib.

O həmçinin bildirib ki, NATO Əfqanıstandan çıxdıqdan sonra Qırğızıstan və Tacikistandakı Rusiya bazaları Orta Asiya regionunda sabitilik faktoru olacaq.

Atambayev isə 2014-cü ildə icarə müddəti bitdikdən sonra Manasdakı ABŞ bazasının bağlanacağını bildirib.
XS
SM
MD
LG