Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:59

Çexiyada şimali qafqazlıların məhkəməsi olub


Çexiyanın paytaxtı Praqada Şimali Qafqazdan olan bir moldovalı və üç rusiyalının məhkəməsi keçirilib. Onlar saxta sənəd hazırlanmasında və radikal islamçı təşkilatla əlaqələrdə ittiham edilirlər.

Məhkəmə zalında daha bir dağıstanlı və bolqar da sənəd saxtalaşdırılmasında və kimliklərin qanunsuz paylanmasında təqsirləndirilir.

Şübhəlilər Dağıstanda və Moskvada terror hücumları etdiyi iddia olunan Camaat-Şəriət təşkilatlarına cəlb edilmələrilə bağlı ittihamları rədd edilər.

Bu şəxslərin birgə işlədiyi 7 nəfər ötən il həbs edilib. Müstəntiqlər deyir ki, ayrı-ayrı şəxslərə saxta şəxsiyyət vəsiqələri hazırlayan qruplaşma Dağıstanın Almaniyada mərkəzləşmiş terrorçu dəstəsilə əməkdaşlıq edirlər.

Çex Respublikasında terrorla bağlı ekstremist islamçıların məhkəməsi ilk belə hadisədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG