Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:06

“Pussy Riot”a Sülh Mükafatı veriləcək


Sentyabrın 21-də məşhur “The Beatles” qrupunun yaradıcısı və ifaçısı John Lennonun həyat yoldaşı, rəssam Yoko Ono “Pussy Riot”a sülh mükafatı verəcək.

Ono “Sülh üçün Lennon-Ono Qrantı”nı Nyu-Yorkda keçirilən mərasimdə Pussy Riot üzvlərindən Nadia Tolokonnikovanın həyat yoldaşına təqdim edəcək.

Avqustun 17-də Pussy Riot rok qrupunun həbsdə olan 3 qadın üzvünün hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar xuliqanlıqda ittiham olunur. Qrup üzvləri ittiham üzrə özlərini təqsirli bilmirlər.

“Pussy Riot2un üzvləri Moskvanın ən böyük kilsəsində Kremlə və yeni seçilmiş prezident Putinə qarşı musiqili etiraz aksiyası keçirmişdi. Bu ilin fevralında kilsədə «Məryəm ana, Putini qov» məzmunlu “punk-dua” etmişdilər. Onlar bu dua-mahnını oxuyub qurtarmamış kilsənin xidmətçiləri onları mehrabdan uzaqlaşdırmışdı.

“Sülh üçün Lennon-Ono Mükafatı” 2003-cü ildə Rəfah şəhərində İsrailə məxsus buldozer altında qalıb dünyasını dəyişmiş amerikalı aktivist Rachel Corrie, gənc yazar Christopher Hitchensə, o cümlədən Rusiyadan 4 sənət adamına verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG