Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:18

Zaqatala qoruğunda çətənə yetişdirildiyi aşkarlanıb


Zaqatala dövlət təbiət qoruğunun ərazisində xüsusi üsulla əkilmiş narkotik tərkibli bitkilər aşkar edilib. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

İbrahimova deyib ki, nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları Qoruq ərazisində mühafizə rejimini yoxlamaq məqsədilə vaxtaşırı reydlər keçirir.

Onun sözlərinə görə, bu ilin may-avqust aylarında həyata keçirilmiş mütəmadi reydlər zamanı bir neçə dəfə Qoruğun yüksək dağlıq ərazisində tərkibində narkotik xassəli maddələr olan bitkilərin əkilib-becərilməsi, onlara aqrotexniki qulluq göstərilməsi faktları aşkar edilb.

Belə ki, Qoruğun ərazisində keçirilmiş reydlər zamanı Gərəkli sahəsinin 03,04,05,06 saylı dolaylarında qanunsuz olaraq kol-kosdan təmizlənmiş sahələrdə tərkibində narkotik xassəli maddələr olan çətənə bitkisinin əkilib-becərilməsi, onlara aqrotexniki qulluq göstərilməsi müəyyən olunmuşdur. Bununla bağlı Balakən rayon Polis Şöbəsinə məlumat verilmiş, həmçinin hadisə yerində saxlanılmış təqsirkar şəxs Balakən rayon Gərəkli kənd sakini Cavid Dibirov rayon Polis Şöbəsinə təhvil verilib.

Aşkar olunmuş faktlarla bağlı xidməti vəzifələrini layiqincə icra etmədiklərinə görə Qoruğun mühafizə üzrə direktor müavini, sahə müfəttişi və 6 nəfər mühafizə yegeri tutduqları vəzifədən azad olunmuşdur.

Bu cür halların baş verməsinin qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hüquq-mühafizə orqanlarına rəsmi məlumat göndərilmişdir.

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində Qoruğun əməkdaşları tərəfindən mütəmadi reydlər davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG