Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:06

Fransa sərt reaksiyalarla üzləşib


Məhəmməd peyğəmbərin karikaturasının fransız jurnalında çap edilməsindən sonra Fransa sərt reaksiyalarla üzləşib.

Paris bildirib ki, müsəlmanların dua günü – cümə günü 20-yə yaxın ölkədə bütün diplomatik missiyaları, mədəniyyət mərkəzləri və fransız məktəbləri zorakı etirazlardan ehtiyat edərək bağlanacaq.

Artıq Tunisdə Fransa səfirliyi və Fransa məktəbi dərhal bağlanıb.

Sentyabrın 19-da satirik həftəlik jurnal “Charlie Hebdo”da karikaturaların dərc olunması son günlər Məhəmməd peyğəmbəri ələ salan filmə qarşı qəzəblənmiş İslam dünyasını daha da gərginləşdirib. ABŞ-da gizlin çəkilmiş film qarşıdurmalara səbəb olub, nəticədə 30 nəfər öldürülüb.
XS
SM
MD
LG