Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:37

Belarusda 3 müxalifət fəalı həbsə atılıb


Minsk məhkəməsi 3 müxalifət fəalına 7-12 günlük həbs cəzası kəsib.

Saxlananlardan biri isə 240 ABŞ dolları məbləğində cərimələnib.

Müxalifət fəalları çərşənbə axşamı Minskdə piket keçirmək istəyərkən saxlanıblar.

Onlar sentyabrın 23-də ölkədə keçiriləcək parlament seçkisini baykot etməyə çağırmaq istəyirmişlər.

Aksiya zamanı saxlanmış bir neçə xarici jurnalist isə az sonra sərbəst buraxılıblar.

Belarusun 2 əsas müxalifət partiyası bundan əvvəl parlament seçkisini baykot etmək fikrində olduqlarını bəyan ediblər.
XS
SM
MD
LG