Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:59

Gürcüstanın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilib


Gürcüstanın müxtəlif şəhərlərində Tbilisidəki Qldan həbsxanasında məhbusa işgəncə verilməsi faktına etiraz olaraq aksiyalar keçirilib.

Aksiyaçılar hakimiyyətdən faktla bağlı hərtərəfli istintaq aparılması və cavabdehlərin cəzalandırılmasını tələb ediblər.

Prezident Mikheil Saakashvili baş nazir Vano Merabişviliyə penitensiar sistemin yenidən təşkil edilməsini göstəriş verib.

Prezsidentin göstərişi ilə Gürcüstan həbsxanalarının heyəti müvəqqəti polis patrulunun əməkdaşları ilə əvəz edilib.

Həmçinin Qldan həbsxanasına yeni rəis təyin edilib və digər islah müəssisələrinin rəhbərləri dəyişdirilir.

Jəmçinin cəzaların icrasına nəzarət və hüquqi yardım naziri Xatuna Kalmaxelidze buna görə istefa verib, nazirliyin 10 əməkdaşı isə həbs edilib.

“Liberali” jurnalının baş redaktoru Şorena Şaverdaşvili deyir ki, bu ölkənin penutensiar xidmətinə baş verən ilk belə hadisə deyil.

8 saylı Qldan həbsxanasında gizli çəkilmiş işgəncə faktları «Maestro» və «TV-9» kanallarında yayımlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG