Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:00

İsa Məsihin evli olduğunun sübutu tapılıb?


Harvard Universitetinin İlahiyyat məktəbindən Dr. Karen L.King İsa peyğəmbərin evli olması ilə əllərində sübut ola biləcək qədim tarixi papirus olduğunu bildirib.
Sentyabrın 18-də keçirilən ROmada keçirilən Beynəlxalq Kopt Xristianları Araşdırmaları Konqresində bu xəbəri açıqlayıb.


İSA MƏSİH ARVADINI VƏ DAVAMÇISINI TƏQDİM EDİR...

Dr.King bildirib ki, bu günə heç yerdə qeydə alınmayan yarısı cırılmış, əzilmiş bir papirus əllərinə keçib. Papirus eramızın 4-cü əsrinə aiddir. Və orada İsa Məshin adından 2 sətir oxuna bilir… Papirusda yazılır ki, “İsa onlara dedi, mənim arvadım… İkinci sətirdə isə yazılır ki, “O mənim davamçım ola biləcək”.


PAPİRUS SAXTA DEYİL

Papirusun necə və harada tapılması müəmmalı olaraq qalır. Dr.King Çərşənbə axşamına qədər bunu ancaq ekspertlərə göstərib, həqiqiliyin yoxlamaq üçün. Və verilən ortaq rəy belədir ki, papirusun saxta deyil. Ancaq Harvard İlahiyyat Məktəbinin alimləri bu sənədi hələ yoxlayacaqlarını bildirirlər.
Dr.King sadəcə deyib ki, bu papirusu 2010-cu ildə ona adının açıqlanmasını istəməyən bir kolleksioner göndərib, və oradakı yazıların tərcüməsini istəyib.


MARİYA MAQDALENA KİM OLUB? MƏSİHİN ARVADI - YA FAHİŞƏ?

Bu xəbər xristianlıqda uzun müddətdir davam edən İsa Məsihin həyatı ilə bağlı davam edən şübhələri və fikirləri daha da alovlandırıb.

Çünki, bir qrup xristianlar iddia edirlər ki, əslində İsa Məsih Maria Maqdalena ilə evli olubmuş. Ancaq Vatikan – Xristian Kilsəsi bu fikirlərin yer aldığı İncilləri rəsmən qəbul etmir. Vatikan Maria Maqdalenanı İsa Məsihin islah elədiyi fahişə olduğunu bildirir.

İsa Məsihin sağlığındakı həyatı, davamçıları, Maria Maqdalena ilə münasibətləri və qadının xristianlıqda yeri ilə bağlı 2006-cı ildə Dan Brownun yazdığı “Da Vinçi kodu” kitabında və sonradan çəkilən filmlərdə yer almışdı və böyük mübahisələr doğurmuşdu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG