Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:05

Plagiat diplom işləri və dissertasiyalarla mübarizə başlayır


Dmitry Medvedev prezident olarkən açıq hökumət üzrə işçi qrupun iclasında iştirak edir. Moskva, 17 aprel 2012
Dmitry Medvedev prezident olarkən açıq hökumət üzrə işçi qrupun iclasında iştirak edir. Moskva, 17 aprel 2012

Rusiyanın Baş naziri Dmitry Medvedev (Dmitri Medvedev) plagiat elmi işlərin dərhal aşkar edilməsi üçün informasiya sistemi yaradılması tapşırığı verib. Baş nazirin istədiyi sistem yaransa, Rusiyada diplom işləri, elmlər namizədi və doktorluq işlərinin köçürülməsi çətinləşəcək.

Yeni qaydalarda belə elmi araşdırmaların internetdə yerləşdirilməsi qaydaları da yenilənməlidir.

Hökumətin mətbuat xidmətindən yayılan məlumatda deyilir ki, Baş nazir ortaq informasiya sisteminin yaradılması işini Təhsil, Rabitə, Mədəniyyət nazirlərinə tapşırıb.

Həmin nazirlər bu il dekabrın 15-ə qədər öz təkliflərini Baş nazirə verməlidirlər.
Keçən həftə Medvedev diplom işlərini internetə yerləşdirməyi tapşırıb. Onun fikrincə, beləliklə, yeni yazılan diplom işlərinin başqalarından köçürülüb-köçürülmədiyini asanca yoxlamaq mümkün olacaq: “Hamının diplom işlərini internetdə yerləşdirmək zəruri olarsa, kimin-kimdən köçürdüyünə nəzarət etmək də asanlaşar. Belə olan halda, kimsə, hardansa nəyisə köçürəndə, sosial şəbəkələrdə dərhal müzakirələr gedər.

Beləliklə, həm müəllif hüquqları qorunar, həm də öz həmkarlarının gözünə dik baxmaqdan utanan, gələcək karyerasını təhlükə altına atmaq istəməyən adamlar elmi işlərini başqalarından köçürməzlər.”

İtar-Tass agentliyi xəbər verir ki, Baş nazir Medvedev özünün videobloqunda “Elektron ali attestasiya komissiyası” layihəsi haqqında danışıb. Bu layihədə elmi işlərin mətnlərinin kompleks analizindən söhbət gedir.

Medvedev əlavə edir ki, öz layihəsini ekspertlər və tələblərlə də müzakirə etmək niyyətindədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG