Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:49

Fransanın daxili işlər naziri söz azadlığını müdafiə edib


“Karikaturaların çapı da daxil olmaqla söz azadlığı insanın ölkə qanunları tərəfindən qorunan əsas haqlarından biridir.

Bunu Fransanın daxili işlər naziri Manuel Vals bu gün Fransadakı müsəlman təşkilatlarının liderlərilə görüşdən sonra deyib.

Fransadakı satirik jurnallardan biri bu gün Məhəmməd peyğımbərin karikaturlarını çap edib.

Fransa hakimiyyəti isə ABŞ-da Məhəmməd peyğımbər barədə çəkilmiş filmlə bağlı ölkədə etiraz aksiyaları keçirilməsini qadağan edib.

Şənbə günü Parisdə etiraz aksiyası planlaşdırılıb.
XS
SM
MD
LG