Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:44

Heç kimin ağlına da gəlməzdi ki, onun 12,7 milyardliq sərvəti var


.


12.7 milyard dollarlıq sərvətin ola, sən də bunu heç kimə hiss etdirmədən sadə bir həyat yaşayasan... ABC telekanalının əməkdaşı Alan Farnham yazır ki, ABŞ-ın 4-cü ən varlı qadını olan 77 yaşlı Elaine Tettemer Marshall hazırda Texasda olduqca sadə, təvazökar bir həyat yaşayır.

Agentlik qeyd edir ki, onu bu yaxınlarda Bloomberg News`un Amerika nəşrinin redaktoru Newcomb aşkar edib. Newcomb ABC telekanalına deyib ki, həmkarı Matthew Miller`lə birlikdə Koch İndustries şirkətinin sahibkarlarının kim olmasını araşdırarkən yeni milyarder qadını aşkar ediblər.

Məlum olub ki, ABŞ-ın ən böyük şirkətlərindən olan Koch İndustries`-in səhmlərinin çoxu Charles və David Koch qardaşlarında olsa da onun 15 faizinin sahibi başqa adamdır. Araşdırmalarla həmin 15 faizin sahibinin E. Pierce Marshall olduğu ortaya çıxıb. 2006-cı ildə o, öləndən sonra isə həmin 15 faiz səhm arvadı, indi 77 yaşlı olan Elaine Tettemer Marshall-a qalıb.

Newcomb bildirir ki, indi bu təvazökar qadının 12.7 milyard dolları var. Və bu sərvəti ilə o, ABŞ-ın milyarder qadınları arasında 4-cü sırada qərarlaşır.

Bloomberg yazır ki, Elaine və Pierce Marshall-ın təvazökarlığı Pierce-nin atası J. Howard Marshall-ın dəbdəbəyə meylli həyat tərzinin tam əksidir. O, 89 yaşında olarkən – 1994-cü ildə Playboy modeli, striptizçi 26 yaşlı Anna Nicole Smith-lə evlənmişdi. Beləcə, Anna Nicole Smith – Howard`ın arvadı həm də Elaine`nin qayınanası olub. Yəni, yaşasaydı indi 44 yaşı olacaq Smith (o, da 2007-ci ildə bir otel otağında ölü tapılıb – red.) hazırda 77 yaşı olan milyarder Elaine Tettemer`in qayınanasıdır.

1995-ci ildə J. Howard öləndən sonra illərlə məhkəmə çəkişmələrinə getsə də Anna Smith Marshall ailəsinin mirasından bircə qəpik də əldə edə bilmədi.
XS
SM
MD
LG