Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:44

Elman Abdullayev: “Xankəndidə aeroportun açılması danışıqlar prosesinə zərbə vuracaq”


Elman Abdullayev

Elman Abdullayev

“Yerevanın Xankəndidə aeroport açmaq cəhdi danışıqlar prosesinə böyük zərbə vuracaq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev sentyabrın sonunda aeroportun istifadəyə veriləcəyi barədə Ermənistan mətbuatında getmiş məlumatlara münasibət bildirərkən deyib.

O bildirib ki, Ermənistanın belə bir addımı onun münaqişənin həlli ilə bağlı sülh danışıqları aparmaq niyyətində olmadığını göstərir.

Elman Abdullayev qeyd edib ki, Azərbaycan dəfələrlə bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib və bu fakt beynəlxalq aləm tərəfindən qəti şəkildə pislənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG